CAR Prezidenti hökumətdə dəyişiklik edib

Digər ölkələr
  • 06 mart, 2023
  • 19:43
CAR Prezidenti hökumətdə dəyişiklik edib

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa hökumətdə kadr dəyişikliyi edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin yeni vitse-prezidenti təyin edilib.

Həmçinin, beş yeni nazir təyin edilib, yeni idarələr yaradılıb.

Nazirlər arasında səlahiyyətlər yenidən bölüşdürülüb.

Xarici işlər, güc və maliyyə nazirləri öz vəzifələrində qalıblar.