CAR-da qızıl mədənində 550 işçi girov götürülüb

CAR-da qızıl mədənində 550 işçi girov götürülüb Cənubi Afrika Respublikasında (CAR) yerləşən qızıl mədənində 550-yə yaxın işçi girov götürülüb.
Digər ölkələr
24 Oktyabr , 2023 10:58
CAR-da qızıl mədənində 550 işçi girov götürülüb

Cənubi Afrika Respublikasında (CAR) yerləşən qızıl mədənində 550-yə yaxın işçi girov götürülüb.

“Report” xəbər verir ki, bu barədə “Eyewitness News” radiostansiyası məlumat yayıb.

Hadisə Sprinqs şəhəri yaxınlığındakı, “Gold One” şirkətinə məxsus olan mədəndə baş verib. Şirkətin açıqlamasında bildirilir ki, gecə növbəsində çalışan işçilər mədəndən geri qayıtmayıblar. Ehtimal olunur ki, onlar Mədənçilər və Tikinti İşçiləri Həmkarlar İttifaqının fəalları tərəfindən girov saxlanılır. Onların tələbləri hələ ki, ictimaiyyətə açıqlanmayıb. Amma həmkarların fəalları insidentdə iştiraklarını inkar edirlər.

Hazırda polis mədənin ərazisini mühasirəyə alıb.

Qeyd edək ki, Cənubi Afrikadakı mədənlərdə qızıl hasilatı çox vaxt böyük, bəzən 2 kilometrdən çox dərinlikdə aparılır. Girovların hansı dərinlikdə yerləşdiyi hələ açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi