CAR-da koronavirusa yoluxanların sayı 10 mini ötdü

Digər ölkələr
  • 11 may, 2020
  • 00:09
CAR-da koronavirusa yoluxanların sayı 10 mini ötdü

Afrikada yeni növ koronavirusa ən çox yoluxma Cənubi Afrika Respublikasında qeydə alınıb.

“Report” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə COVID-19 10 015 nəfərdə aşkarlanıb.

Qeyd olunub ki, müalicə alan 4 173 nəfər sağalıb, 194 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Cənubi Afrika Respublikasında ümumilikdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 341 336 test aparılıb.

44 - Tezliklə