Cakartada Fond Birjasının binası uçub, 75 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Cakartada Fond Birjasının binası uçub, 75 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB Müvafiq yerli orqanlar qonşu ərazilərdən insanları təxliyyə edirlər
Digər ölkələr
15 Yanvar , 2018 14:17
Cakartada Fond Birjasının binası uçub, 75 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Bakı. 15 yanvar. REPORT.AZ/ Cakartada Fond Birjasının binasında döşəmənin çökməsi nəticəsində 75 nəfər xəsarət alıb.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda yerli polis yaralıların aşkarlanması ilə məşğuldur.

Şahidlərin sözlərinə görə, ikinci mərtəbənin tavanı qəfil aşağı düşən zaman güclü səs çıxıb.


***10:39

İndoneziyanın paytaxtı Cakartada Fond Birjasının binasının uçması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Fond Birjasının nümayəndəsi Reza Andhikanın bildirdiyinə görə, partlayış barədə heş bir məlumat daxil olmayıb.

Müvafiq yerli orqanlar qonşu ərazilərdən insanları təxliyyə edirlər.

Son xəbərlər

Orphus sistemi