Yuxarı

Çadın keçmiş prezidentinə ömürlük həbs cəzası verilib

Bu, Afrika İttifaqı tərəfindən təşkil olunan məhkəmənin keçmiş prezidentə hökm çıxardığı birinci hadisədir

Bakı. 30 may. REPORT.AZ/ Çadın keçmiş prezidenti Xissen Xabreyə ömürlük həbs cəzası verilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu qərarı Seneqaldakı xüsusi tribunal qəbul edib. 

Çadın keçmiş rəhbəri döymə, zorlama, sifarişli qətllərdə ittiham olunub. Ümumilikdə, o, 1980-1990-cı illər ərzində 40 000 nəfərin qətlində günhlandırılır. X.Xabre bu ittihamları təkzib edib.

Bu, Afrika İttifaqı tərəfindən təşkil olunan məhkəmənin keçmiş prezidentə hökm çıxardığı birinci hadisədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi