BVF-nin rəhbəri Kristin Laqard səhlənkarlıqda günahkarlandırılıb

BVF-nin rəhbəri Kristin Laqard səhlənkarlıqda günahkarlandırılıb Kristin Laqard cəzadan azad edilib
Digər ölkələr
19 Dekabr , 2016 19:50
BVF-nin rəhbəri Kristin Laqard səhlənkarlıqda günahkarlandırılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Fransanın iqtisadiyyat naziri işlədiyi müddətdə vəzifə səlahiyyətlərirnin icrası zamanı yol verdiyi səhlənkarlıqlara görə günahkar bilinir.

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə qərar bu gün Fransa məhkəməsi tərəfindən çıxarılıb.

Məlumata görə, K.Laqard cəzadan azad edilib.

BVF-nin rəhbəri Kristin Laqardın adı sahibkar Bernar Tapinin işi üzrə təqsirləndirənlərin sırasında olub.

Xatırladaq ki, Fransa hökuməti 2008-ci ildə biznesmen B.Tapiyə guya "Adidas" şirkətinin satışı zamanı çəkdiyi ziyana görə 404 mln. avro ödəyib. O vaxtlar K.Laqard ölkənin iqtisadiyyat naziri vəzifəsini tutub və kompensasiyaya dair işi kurasiya edib.  

Son xəbərlər

Orphus sistemi