Fransa prezidenti: “BVF-nin ofisindəki partlayış terror aktıdır”

Fransa prezidenti: “BVF-nin ofisindəki partlayış terror aktıdır” Fransua Olland: “Zərfdə partlayıcı qurğunun yerləşdirilməsi terror aktı ilə üzləşməyimiz deməkdir”
Digər ölkələr
16 Mart , 2017 17:01
Fransa prezidenti: “BVF-nin ofisindəki partlayış terror aktıdır”

Bakı. 16 mart. REPORT.AZ/ Fransa Prezidenti Fransua Olland Parisdə Beynəlxalq Valyuta Fondunun (BVF) binasında baş verən partlayışı terror aktı kimi dəyərləndirib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, bunu ölkəsinin Tulon şəhərinə səfəri zamanı bildirib.

“Zərfdə partlayıcı qurğunun yerləşdirilməsi terror aktı ilə üzləşməyimiz deməkdir. Bunun başqa adı yoxdur” - Fransa prezidenti vurğulayıb.

F.Olland deyib ki, hakimiyyət günahkarların tutulub cəzalandırılması üçün əlindən gələni edir.

Qeyd edək ki, martın 16-da BVF-nin Parisdəki ofisində partlayıcı quraşdırılmış qurğunun partlaması nəticəsində bankın qadın əməkdaşı xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi