Burkina-Fasoda terrorçuların meşədə saxladığı 300-dən çox insan azad edilib

Digər ölkələr
  • 17 mart, 2025
  • 21:13
Burkina-Fasoda terrorçuların meşədə saxladığı 300-dən çox insan azad edilib

Burkina-Fasonun şimal-qərbindəki Bukl-dyu-Muhun bölgəsində terrorçular tərəfindən meşədə saxlanılan 300-dən çox insan hərbçilər tərəfindən azad edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Burkina hökumətinin mətbuat katibi Jilber Udraoqo ölkənin milli yayımçısı RTB-yə bildirib.

"Bu məcburi köçkünlər son dərəcə ağır vəziyyətdə aşkar edilib. Onlar qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 305 nəfərdir. Bu insanlar terrorçuların canlı qalxan kimi istifadə etdikləri qurbanlardır", - o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, xilas edilənlərə artıq lazımi yardım göstərilir.