Bu şəhərdə koronavirus testi pulsuz ediləcək

Bu şəhərdə koronavirus testi pulsuz ediləcək Pandemiyanın cənginə aldığı ABŞ-ın Los-Anceles şəhərində hər kəs koronavirus testindən keçəcək.
Digər ölkələr
30 Aprel , 2020 13:47
Bu şəhərdə koronavirus testi pulsuz ediləcək

Pandemiyanın cənginə aldığı ABŞ-ın Los-Anceles şəhərində hər kəs koronavirus testindən keçəcək.

“Report” xəbər verir ki, bunu şəhərin meri Erik Qarsetti açıqlayıb.

Məlumata görə, koronavirus testləri pulsuz ediləcək.

Bundan öncə koronavirus testindən yalnız simptomları olanlar keçirdi.

Qeyd edək ki, Los-Ancelesdə indiyədək 22 485 nəfərdə virusa yoluxma faktı qeydə alınıb. Onlarda 1 056 nəfər pandemiyanın qurbanı olub. ABŞ-da yoluxanların ümumi sayı isə 1 040 000-i ötdüyü halda ölənlərin sayı 61 000 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 232 000-i ötüb. Bunların 1 007 865 nəfəri sağalıb, 228 505 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi