Yuxarı

Bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı başlayır

Forumun işində 150-yə yaxın dövlət və hökumət başçıları iştirak edəcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP21) başlayır. "Report" xəbər verir ki, forumun işində 150-yə yaxın dövlət və hökumət başçıları, o cümlədən ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Çin prezidenti Si Tszinpin, Hindistanın baş naziri Narendra Modi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və başqaları iştirak edəcək.

BMT baş katibi Pan Gi Mun açıq-aydın müsbət siyasi dinamika olduğundan Parisdə açıq elan edilən sammitə nikbinliklə baxdığını bildirib: "Artıq heç kim iqlim üzrə təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac duyulduğuna şübhə etmir. Paris sammitinə toplanan dünya liderlərinin sayı, eləcə də artıq 180-dən çox ölkənin havaya zərərli maddələrin buraxılmasının azaldılmasını və iqlim dəyişikliyinə qarşı mübarizə potensialını artırmağı özündə ehtiva edən milli iqlim hərəkət planlarını foruma təqdim etməsi bunu sübut edir". 

Xatırladaq ki, noyabrın 29-da Pan Gi Mun sammitin keçirilməsinə dəstək nümayişi üçün ayaqqabısını Respublika meydanında çıxarıb qoymuşdu. Bura marş keçirilməli məkan idi. Amma terror hücumları təhlükəsi dövlət rəsmilərinin bu addımı təxirə salması ilə nəticələnib. Bu aksiya çərçivəsində meydanda toplanmış onminlərlə ayaqqabının suriyalı qaçqınlara paylanması qərara alınıb.

Qeyd edək ki, sammit öz işini dekabrın 11-də bitirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi