Yuxarı
    Bağlamaq

    Bu gün Brüsseldə NATO-nun sammiti başlayır

    Zirvə görüşünə Alyansa üzv olan 28 ölkənin dövlət və hökumət başçıları qatılacaq

    Bakı. 25 may. REPORT.AZ/ Bu gün Brüsseldə NATO-nun sammiti başlayır.

    "Report" xəbər verir ki, zirvə görüşünə Alyansa üzv olan 28 ölkənin dövlət və hökumət başçıları qatılacaq.  

    Toplantı təşkilatın yeni mənzil-qərargahında keçiriləcək.

    Sammit NATO-nun yeni mənzil-qərargahının açılış mərasimi ilə başlayacaq və axşam işgüzar şam yeməyi ilə başa çatacaq.

    NATO sammitinin gündəmində olan əsas məsələlər beynəlxalq terrorizmə qarşı mübarizə, ittifaq üzrə müttəfiqlər arasında maliyyə yükünün ədalətli bölgüsü və müdafiə xərclərinin artırılmasıdır.

    NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, sammitdə Alyansın İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qatılıb-qatılmaması, Rusiya ilə münasibətlər müzakirə olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi