Brüsseldə naməlum şəxs polis məntəqəsinə "Molotov kokteyli" atıb

Brüsseldə naməlum şəxs polis məntəqəsinə "Molotov kokteyli" atıb Hadisə zamanı polis əməkdaşlarından heç kim xəsarət almayıb
Digər ölkələr
25 avqust 2017 22:13
Brüsseldə naməlum şəxs polis məntəqəsinə Molotov kokteyli atıb

Bakı. 26 avqust. REPORT.AZ/ Brüsselin mərkəzində naməlum şəxs polis məntəqəsini yandırmaq məqsədilə onun giriş qapısına içində yandırıcı qarışıq olan butılka atıb.

"Report"un məlumatına görə, bu barədə "RTBF" teleradioşirkəti xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Emil Jakman bulvarından təxminən 1 kilometr məsafədə baş verib. Cinayətkarı yaxalamaq mümkün olmayıb. O, motosikletlə qaçaraq gizlənməyə müvəffəq olub.

Hadisə zamanı polis əməkdaşlarından heç kim xəsarət almayıb.

Qeyd edək ki, bu, Brüsseldə polisə ikinci hücumdur. 

Son xəbərlər

Orphus sistemi