Britaniyanın Baş naziri İsraildə səfərdədir - YENİLƏNİB

Digər ölkələr
  • 19 oktyabr, 2023
  • 06:18
Britaniyanın Baş naziri İsraildə səfərdədir - YENİLƏNİB

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsraildə səfərdədir.

"Report" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Səfər çərçivəsində R.Sunak Baş nazir Benyamin Netanyahu və Prezident İsxak Hersoq daxil olmaqla, İsrailin siyasi və hərbi rəhbərliyindən olan şəxslərlə görüşəcək.

Britaniyanın Baş naziri səfərindən əvvəl bildirib ki, Qəzzadakı xəstəxanada baş verən partlayış region və dünya liderlərinin birləşməsi və münaqişənin genişlənməsinin qarşısının alınması üçün dönüş nöqtəsi olmalıdır.

O, həmçinin Britaniyanın düşmənçiliyə son qoymaq üçün ilk səy göstərənlər arasında olacağına söz verib.

07:50

Bu gün Böyük Britaniyanın Baş naziri Rişi Sunak regiona ikigünlük səfəri çərçivəsində İsrailə gələcək.

“Report” xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Səfər çərçivəsində Sunak israilli həmkarı Benyamin Netanyahu və Prezident İsxak Hersoq ilə görüşəcək, daha sonra regionun digər paytaxtlarına yollanacaq.

İsrailin “Haaretz” qəzeti qeyd edib ki, Sunakın səfəri İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə verəcəyinə dair verdiyi zəmanətlər sayəsində mümkün olub.

Son xəbərlər

Bütün Xəbər Lenti