​Britaniyanın baş naziri Aİ-yə üzvlüyün şərtlərinin dəyişdirilməsi kampaniyasına başlayıb

​Britaniyanın baş naziri Aİ-yə üzvlüyün şərtlərinin dəyişdirilməsi kampaniyasına başlayıb Devid Kemeron şuranın sədri Donald Tuska Britaniyanın məsələyə dair tələbləri ilə bağlı məktub göndərib
Digər ölkələr
10 Noyabr , 2015 15:14
​Britaniyanın baş naziri Aİ-yə üzvlüyün şərtlərinin dəyişdirilməsi kampaniyasına başlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ "Biz Avropa İttifaqına üzvlüyün şərtlərinin dəyişməsi haqda danışıqların rəsmi mərhələsinə başlayırıq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Devid Kemeron Krallığın Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında bildirib.

O, Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tuska Britaniyanın məsələyə dair tələbləri ilə bağlı məktub göndərdiyini də vurğulayıb.

Devid Kemeron bununla da Britaniyanın Aİ-yə üzvlüyün şərtlərinin dəyişdirilməsi kampaniyasının başlandığını bildirib. 

Son xəbərlər

Orphus sistemi