Britaniyalı nazir: "Rusiya sərhəddəki gərginliyi aylarla uzada bilər"

Britaniyalı nazir: "Rusiya sərhəddəki gərginliyi aylarla uzada bilər" Böyük Britaniya xarici işlər naziri Elizabet Trass Ukraynanı Rusiyanın hərbi qüvvələrini sərhəddən geri çəkməsilə bağlı bəyanatına uyub arxayınlaşmamağa çağırıb.
Digər ölkələr
17 Fevral , 2022 17:26
Britaniyalı nazir: Rusiya sərhəddəki gərginliyi aylarla uzada bilər

Böyük Britaniya xarici işlər naziri Elizabet Trass Ukraynanı Rusiyanın hərbi qüvvələrini sərhəddən geri çəkməsilə bağlı bəyanatına arxayınlaşmamağa çağırıb.

“Report” “The Telegraph”a istinadən xəbər verir ki, nazir yazısında Rusiyanın Ukrayna sərhədindəki gərginliyi aylarla uzatmaqla Qərbin səbrini yoxlamaq taktikasına əl ata biləcəyi fikrini irəli sürüb.

“Rusiyanın bəzi hərbi birləşmələrinin daimi yerlərinə qaytarılmasına dair iddiasına arxayınlaşmamalıyıq” – deyə qeyd edən nazir Rusiya ordusunun Ukrayna sərhədlərindən geri çəkilməsinə dair dəlil olmadığını diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden fevralın 15-də Rusiyanın Ukrayna sərhədinə 150 mindən artıq hərbçi topladığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi