Britaniyada şir onu sığallamaq istəyən reqbiçini dişləyib - VİDEO

Digər ölkələr
  • 01 oktyabr, 2017
  • 01:48
Britaniyada şir onu sığallamaq istəyən reqbiçini dişləyib - VİDEO

Bakı. 1 oktyabr. REPORT.AZ/ Britaniyada şir onu sığallamaq istəyən yerli reqbiçini dişləyib.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, insident nəticəsində idmançı qarşıdan gələn oyunu buraxmalı olacaq.

İdmançının dostu baş verənləri videoya çəkib və bunu düşüncəsiz hərəkət adlandıraraq reqbiçinin bəxtinin gətirdiyini qeyd edib.

Britaniyada şir onu sığallamaq istəyən reqbiçini dişləyib - VİDEO