Britaniyada pandemiya qurbanlarının sayı 17 mini ötdü

Britaniyada pandemiya qurbanlarının sayı 17 mini ötdü Böyük Britaniyada son sutkada 828 nəfər koronavirusun qurbanı olub və bununla da ölkədə ölənlərin sayı 17 337-yə çatıb.
Digər ölkələr
21 Aprel , 2020 19:24
Britaniyada pandemiya qurbanlarının sayı 17 mini ötdü

Böyük Britaniyada son sutkada 828 nəfər koronavirusun qurbanı olub və bununla da ölkədə ölənlərin sayı 17 337-yə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, krallıqda daha 4 301 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 129 044-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 510 000-i ötüb. Bunların 660 026 nəfəri sağalıb, 172 788 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi