Böyük Britaniyada miqrantların ölümü ilə bağlı Vyetnamda 8 nəfər saxlanılıb

Böyük Britaniyada miqrantların ölümü ilə bağlı Vyetnamda 8 nəfər saxlanılıb Böyük Britaniyada çox sayda miqrantların ölməsi İlə bağlı aparılan araşdırmalar çərçivəsində Vyetnam polisi daha 8 nəfəri saxlayıb.
Digər ölkələr
4 Noyabr , 2019 14:57
Böyük Britaniyada miqrantların ölümü ilə bağlı Vyetnamda 8 nəfər saxlanılıb

Böyük Britaniyada çox sayda miqrantların ölməsi İlə bağlı aparılan araşdırmalar çərçivəsində Vyetnam polisi daha 8 nəfəri saxlayıb.

“Report” rəsmi Vyetnam Xəbərlər Agentliyinə (VNA) istinadən xəbər verir ki, şübhəlilərin saxlanıldığı Nge An əyalətinin polis rəisi Hquen Huu Kau həmin şəxslərin verəcəkləri məlumatlar əsasında Böyük Britaniyaya qanunsuz yolla miqrant göndərilməsinə son qoymaq üçün hərtərəfli təhqiqat aparacaqlarını bildirib.

Cümə günü bu məsələdə şübhəli bilinən daha 2 nəfər saxlanılmışdı.

Xatırladaq ki, bu il oktyabrın 23-də İngiltərənin Esseks qəzasında soyuducu treylerdə 31 kişi 8 qadının donmuş meyitləri aşkar olunmuş, əvvəlcə onlar çinli zənn edilmiş, sonrakı günlərdə aparılan araşdırmalar nəticəsində Vyetnam vətəndaşı olduqları müəyyənləşdirilmişdi.

Bu ilin aprel - avqust aylarında Nge An əyalətinin 21 sakininin Böyük Britaniyaya gedərək itkin düşdüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi