Britaniyada millət vəkillərinin təhlükəsizliyi gücləndirilə bilər

Britaniyada millət vəkillərinin təhlükəsizliyi gücləndirilə bilər Böyük Britaniyanın daxili işlər naziri Priti Patel, millət vəkili Devid Amessin öldürülməsindən sonra ölkə parlamentinin üzvləri üçün təhlükəsizlik tədbirlərinin qiymətləndirilməsi barədə göstəriş verib.
Digər ölkələr
16 Oktyabr , 2021 05:43
Britaniyada millət vəkillərinin təhlükəsizliyi gücləndirilə bilər

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel, millət vəkili Devid Amessin öldürülməsindən sonra ölkə parlamentinin üzvləri üçün təhlükəsizlik tədbirlərinin qiymətləndirilməsi barədə göstəriş verib.

“Report” “TASS”a istinadən xəbər verir ki, göstərişlə bağlı aparılacaq araşdırmanın nəticəsi hökumətə və daxili işlər nazirinə təqdim ediləcək.

Bundan başqa nazir krallığın hüquq-mühafizə və kəşfiyyat orqanlarının rəsmiləri ilə yanaşı İcmalar Palatasının spikeri ilə görüşərək faciəli hadisəni müzakirə edib.

Qeyd edək ki, İngiltərənin Mühafizəkarlar Partiyasından olan deputat David Amess Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bir neçə bıçaq zərbəsi alıb. Deputat aldığı bıçaq yaralarından həyatını itirib.

Son xəbərlər

Orphus sistemi