Britaniyada koronavirusdan ölənlərin sayı 19 mini ötdü

Britaniyada koronavirusdan ölənlərin sayı 19 mini ötdü Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 684 nəfər artıb.
Digər ölkələr
24 Aprel , 2020 18:18
Britaniyada koronavirusdan ölənlərin sayı 19 mini ötdü

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 684 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19 qurbanlarının ümumi sayı 19 506 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 5 386 nəfər artaraq 143 464 nəfərə çatıb.

Krallıqda koronavirusdan bir gün ərzində ən böyük ölüm sayı aprelin 10-da qeydə alınıb. Həmin gün 980 nəfər pandemiyanın qurbanı olub. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 754 000-i ötüb. Bunların 762 128 nəfəri sağalıb, 192 377 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi