​Britaniyada keçirilən seçkidə baş nazirin partiyası qalib gəlib

​Britaniyada keçirilən seçkidə baş nazirin partiyası qalib gəlib Təkpartiyalı hökumət formalaşdırmaq üçün Devid Kemerona daha 5 deputat mandatı lazımdır
Digər ölkələr
8 May , 2015 16:03
​Britaniyada keçirilən seçkidə baş nazirin partiyası qalib gəlib

Bakı. 8 may. REPORT.AZ/ Böyük Britaniyada keçirilən parlament seçkisində hazırkı baş nazir Devid Kemeronun başçılıq etdiyi Mühafizəkarlar Partiyası qalib gəlib. "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Xəbərə görə, hazırda 650 seçki dairəsindən 639-da səslər sayılaraq nəticələri elan olunub. Devid Kemeronun partiyası İcmalar Palatasındakı 650 yerdən 324-nü qazanıb. Təkpartiyalı hökumətin qurulması üçün mühafizəkarlara 329 mandat lazımdır.

Devid Kemeron qələbə münasibətilə açıqlama ilə çıxış edib: "Əsas məqsədimiz ölkəni birləşdirməkdir. Birləşmiş Krallığın hər sakininin hökuməti olacağıq".

O, seçkiqabağı vədini təkrar edərək Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı mühafizəkarların referendum keçirəcəyini vurğulayıb.

BBC-nin məlumatında qeyd olunub ki, Leyboristlər Partiyasının 233 yer qazanacağı ehtimal edilir. Yaxın zamanda partiyanın lideri Ed Millibendin istefa verəcəyi gözlənilir.

Xatırladaq ki, yaxın saatlarda seçkinin yekun nəticələri elan ediləcək.

Yeni parlament və hökumət mayın 27-də işə başlayacaq

Son xəbərlər

Orphus sistemi