Boris Conson partiya lideri və Baş nazir vəzifələrini qoruyub saxlayıb

Boris Conson partiya lideri və Baş nazir vəzifələrini qoruyub saxlayıb Britaniyada Boris Consona etimad səsverməsi keçirilir.
Digər ölkələr
7 İyun , 2022 00:07
Boris Conson partiya lideri və Baş nazir vəzifələrini qoruyub saxlayıb

Britaniyanın Baş naziri Boris Conson partiya lideri və krallığın hökumət başçısı vəzifələrini qoruyub saxlayıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. 

Britaniya parlamentinin İcmalar Palatası Baş nazir Boris Consona etimadsızlıq səsverməsi ilə bağlı keçirilən gizli səsvermənin nəticələrini açıqlayıb.

Britaniyanın “The Guardian” nəşrinin xəbərinə görə, mühafizəkarlar Consona etimadsızlıq elan etmək üçün kifayət qədər səs toplaya bilməyiblər. Beləliklə, Britaniya hökumətinin başçısı bir il müddətinə toxunulmazlıq alıb.

Səsvermədə ümumilikdə 359 deputat səs verib. Deputatlardan 211-i Consonu dəstəkləyib, 148 nəfər etimadsızlıq göstərib.

22:53

Britaniya parlamentində Boris Consona etimad səsverməsi keçirilir.

“Report” BBC-yə istinadən xəbər verir ki, nəticələr bir neçə saat sonra açıqlanacaq.

Britaniyanın hakim partiyasının deputatları Consonun istefası üçün 2 saat ərzində səs verə biləcəklər. Nəticələri Mühafizəkarlar Partiyasının üzvlərindən biri saat 23:00-da elan edəcək.

Qeyd edək ki, Consonun istefası üçün səs vermək üçün azı 180 deputatın səsi lazımdır. Bu halda o, Britaniya hökumətinin başçısı olaraq qalacaq.

Eyni zamanda, səsvermədən əvvəl Baş nazir parlamentariləri ona dəstək verməyə çağırıb, gələcəkdə vergiləri azaldacağını və onları “qələbəyə” aparacağını vəd edib.

Son xəbərlər

Orphus sistemi