Britaniyada bir gündə 200 mindən çox şəxs peyvənd olunur

Britaniyada bir gündə 200 mindən çox şəxs peyvənd olunur Böyük Britaniya əhalisinin yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvənd olunması proqramı hazırda ölkə rəhbərliyinə gündə 200 mindən çox insana vaskin vurmağa imkan verir.
Digər ölkələr
10 Yanvar , 2021 15:48
Britaniyada bir gündə 200 mindən çox şəxs peyvənd olunur

Böyük Britaniya əhalisinin yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvənd olunması proqramı hazırda ölkə rəhbərliyinə gündə 200 mindən çox insana vaskin vurmağa imkan verir.

“Report”un məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Mett Henkok “Sky News”a açıqlayıb.

Onun sözlərinə görə, yaxın gələcəkdə peyvənd olunan şəxslərin sayı gündəlik 300 min nəfər olacaq.

Ümumilikdə, 1,5 milyondan çox insan ölkədə mövcud olan peyvəndin ilk dozasını alıb. Gələn həftənin sonunadək 1500-dən çox peyvənd məntəqəsi fəaliyyət göstərəcək.

Bundan əlavə, İngiltərədə gələn həftədən etibarən infeksiyanın yayılması ilə mübarizə aparmaq üçün cəmiyyətdə əsas peşə sahibləri, o cümlədən müəllimlər, həkimlər və evdə işləyə bilməyən satıcılar həftədə iki dəfə pulsuz koronavirus testi verəcəklər.

Son xəbərlər

Orphus sistemi