Yuxarı

Britaniyada 600-dən çox məhbus həbsxanada qiyam qaldırıb

Bir gün davam etmiş qiyamın səbəbləri çoxdur

Bakı. 17 dekabr. REPORT.AZ/ Britaniyada 600-dən çox məhbus həbsxanada qiyam qaldırıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" bu ölkənin mətbuatına istinadən xəbər yayıb.

Məlumata görə, məhbuslar həbsxana nəzarətçilərindən aptekin, idman zalının, texniki vasitələr anbarının açarlarını almağa müvəffəq olublar. Mətbuatın məlumatına görə, bir gün davam etmiş qiyamın səbəbləri çoxdur: - idman zalından istifadənin mümkün olmaması, televizora baxmağa qadağa qoyulması, pis qidalanma və duşda isti suyun olmaması.

Hadisə yerinə polis işçiləri, polis helikopteri və bir neçə təcili yardım maşını gətirilib və qiyam yatırılıb. Qiyam zamanı 3 məhbus xəsarət alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi