Britaniya və Fransa İranı Rusiyaya Ukraynada apardığı müharibədə dəstəyinə görə qınayıb

Britaniya və Fransa İranı Rusiyaya Ukraynada apardığı müharibədə dəstəyinə görə qınayıb Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Ceyms Kleverli və Ketrin Kolonna İran hakimiyyətini etirazlara reaksiyalarına və Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya göstərdiyi dəstəyə görə qınayıblar.
Digər ölkələr
11 Noyabr , 2022 20:44
Britaniya və Fransa İranı Rusiyaya Ukraynada apardığı müharibədə dəstəyinə görə qınayıb

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Ceyms Kleverli və Ketrin Kolonna İran hakimiyyətini etirazlara reaksiyalarına və Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya göstərdiyi dəstəyə görə qınayıblar.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin iki nazirin görüşünün yekunları üzrə yaydığı ikitərəfli bəyanatda deyilir.

“Nazirlər İranda qanuni dinc etirazların qəddarlıqla basdırılmasını pisləyiblər”, - kommünikedə deyilir.

Bununla yanaşı, iki ölkənin baş diplomatları Rusiyanın Ukraynada apardığı müharibədə Tehranın pilotsuz uçan aparatlarından istifadəsini pisləyiblər.

Son xəbərlər

Orphus sistemi