Britaniya Ukraynaya sülhməramlı göndərməklə yanaşı, bu ölkədə hərbi baza yerləşdirə bilər

Britaniya Ukraynaya sülhməramlı göndərməklə yanaşı, bu ölkədə hərbi baza yerləşdirə bilər Böyük Britaniya Ukraynaya sülhməramlıların göndərilməsində öz rolunu oynamağa hazırdır.
Digər ölkələr
17 Yanvar , 2025 02:02
Britaniya Ukraynaya sülhməramlı göndərməklə yanaşı, bu ölkədə hərbi baza yerləşdirə bilər

Böyük Britaniya Ukraynaya sülhməramlıların göndərilməsində öz rolunu oynamağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevə səfəri zamanı Sky News telekanalına müsahibəsində bildirib.

“Mən bunu bir sıra müttəfiqlərlə, həmçinin Prezidenti Emmanuel Makronla müzakirə etmişəm, biz öz rolumuzu tam yerinə yetirəcəyik. Biz öhdəmizə düşəni tam şəkildə edəcəyik. Çünki məsələ təkcə Ukraynanın suverenliyindən getmir”, - o bildirib.

Digər tərəfdən Böyük Britaniya və Ukrayna arasında yüzillik tərəfdaşlığa dair bəyannamədə deyilir ki, rəmsi London Ukraynada hərbi bazaların və müdafiə infrastrukturunun yerləşdirilməsi imkanlarını nəzərdən keçirəcək.

Bəyannamənin iştirakçıları Ukraynada müdafiə infrastrukturunun, o cümlədən hərbi bazaların, logistika və ehtiyat hərbi texnika üçün anbarların, hərbi ehtiyatlarının yerləşdirilməsi və saxlanması variantlarını araşdıracaqlar. Belə ki, bu qurğular mühüm hərbi təhlükə yarandıqda öz müdafiə qabiliyyətini gücləndirmək üçün istifadə oluna bilər.

Son xəbərlər

Orphus sistemi