Britaniya əsgərlərini müdafiə etmək üçün Ukraynaya hərbi gəmi göndərəcək

Britaniya əsgərlərini müdafiə etmək üçün Ukraynaya hərbi gəmi göndərəcək "HMS Diamond" esminesi "soyuq" müharibədən sonra Qara dənizə daxil olacaq
Digər ölkələr
29 Yanvar , 2017 21:40
Britaniya əsgərlərini müdafiə etmək üçün Ukraynaya hərbi gəmi göndərəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin raket silahı ilə təchiz olunmuş "HMS Diamond" eskadra mina gəmisi Krallığın Ukraynada məxfi tapşırıq yerinə yetirən hərbçilərini qorumaq üçün sözügedən ölkənin sahillərinə yola düşmək barədə göstəriş alıb.

"Report" xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Britaniyanın hərbi gəmisi "soyuq" müharibədən sonra ilk dəfə olaraq Qara dənizə daxil olacaq.

Qabaqcıl hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş bu müasir gəminin Ukraynaya göndərilməsi əmrini baş nazir Tereza Mey verib.

Qəzet yazır ki, "HMS Diamond" Ukraynada məxfi təlimlərdə iştirak edən 650 britaniyalı hərbçinin müdafiə olunmasına kömək edəcək.

Son xəbərlər

Orphus sistemi