Böyük Britaniya Əfqanıstandan olan qaçqınların ölkə hotellərində yerləşdirilməsinə hər gün bir milyon funt-sterlinq (1,2 milyon dollar) xərcləyir.
“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Məlumata görə, təxminən 7 min əfqanıstanlı qaçqın daimi yaşayış yeri ilə təmin edilib, 9,5 min nəfər isə hələ də ölkənin müxtəlif regionlardan yerləşən hotellərdə yerləşib.
Qəzet yazır ki, bəzi qaçqınlar onlara təqdim edilən yaşayış yerindən imtina edir. Belə ki, əfqanlar dil baryerindən şikayətlənir və soyuq iqlimin hökm sürdüyü Uels və Şotlandiya kimi regionlarda yaşamaq istəmədiklərini bəyan edirlər.
Xatırladaq ki, “Taliban”ın hakimiyyətə gəlməsindən sonra rəsmi London Əfqanıstandan əfqanlar da daxil olmaqla 15 minədək mülki vətəndaşı və min britaniyalı hərbçini təxliyə edib.