Britaniya baş nazirinin müavini pornoqrafiya qalmaqalına görə istefa verib

Britaniya baş nazirinin müavini pornoqrafiya qalmaqalına görə istefa verib Demian Qrinin istefası baş nazir Tereza Meyə zərbə olacaq
Digər ölkələr
21 Dekabr , 2017 03:58
Britaniya baş nazirinin müavini pornoqrafiya qalmaqalına görə istefa verib

Bakı. 21 dekabr. REPORT.AZ/ Böyük Britaniya baş nazirinin müavini Demian Qrin 2008-ci ildə iş kompüterində pornoqrafik şəkillərin tapılması barədə yayılan xəbərlər səbəbindən hökumətdə tutduğu vəzifəsindən istefa verib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, Qrin kompüterində tapılmış şəkillərlə bağlı "qeyri-dəqiq və dolaşıq bəyanatlar" verməsi ilə əlaqədar vəzifəsindən gedib.

Nəşr yazır ki, Qrinin istefası onu "Dauninq Strit"ə gətirən baş nazir Tereza Meyə zərbə olacaq. O, lideri baş nazir olan Mühafizəkarlar partiyasının səslərin yarısından da azını toplayaraq parlamentdə əksəriyyətdən məhrum olmasından sonra, Treza Meyə mövqeyini möhkəmləndirməkdə kömək etməli idi.

Son xəbərlər

Orphus sistemi