Britaniya alimləri: "Yoluxanlar arasında ölüm hallarının daha çox olacağı ştamm yaranacaq"

Britaniya alimləri: "Yoluxanlar arasında ölüm hallarının daha çox olacağı ştamm yaranacaq" Britaniya alimləri koronavirusun mutasiyalarının mümkün inkişaf ssenerilərini açıqlayıblar. Bu ssenarilərdən biri ölüm səviyyəsi 35% olan yeni potensial ştammın yaranması ehtimalı ilə bağlıdır.
Digər ölkələr
284
31 İyul , 2021 10:38
Britaniya alimləri: Yoluxanlar arasında ölüm hallarının daha çox olacağı ştamm yaranacaq

Britaniya alimləri koronavirusun mutasiyalarının mümkün inkişaf ssenarilərini açıqlayıblar. Bu ssenarilərdən biri yoluxma nəticəsində ölüm səviyyəsi 35% olan yeni ştammın yaranması ehtimalıdır.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Fövqəladə hallar üzrə Elmi Konsultativ qrupunun (SAGE) hesabatında deyilir.

Belə ki, ssenarilərdən biri xəstəliyi ağır keçirmə və yoluxanlar arasında ölüm hallarının daha çox ola biləcəyi yeni variantın yaranması ilə bağlıdır.

Sənəddə deyilir ki, bu ştamma yoluxma nəticəsində ölüm səviyyəsi “SARS-CoV (10%) və MERS-CoV-un (35%) göstəriciləri ilə eyni ola bilər.

Qeyd edək ki, SARS-CoV atipik sətəlcəmə, MERS-CoV isə “dəvə qripi”nə səbəb olur.

Ekspertlər bu variantın real olduğunu hesab edirlər.

Son xəbərlər

Orphus sistemi