"Brexit"dən sonrakı keçid dövrü bir neçə illiyə uzadıla bilər

"Brexit"dən sonrakı keçid dövrü bir neçə illiyə uzadıla bilər Keçid dövrünü uzadılması qərarının illik əsasda qəbul ediləcəyi ehtimalı da var
Digər ölkələr
24 Oktyabr , 2018 10:30
Brexitdən sonrakı keçid dövrü bir neçə illiyə uzadıla bilər

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Brexit"dən sonrakı keçid dövrü müəyyən edilmiş müddətdən daha bir neçə il uzadıla bilər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Times" qəzeti Böyük Britaniya Nazirlər Kabinetinin sənədlərinə istinad edərək yazıb.

Nəşrin məlumatına görə, nazirlər Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra keçid dövrünü qısa zamanda başa çatdıra biləcəyi ilə bağlı zəmanət olmadığına dair xəbərdar ediliblər. Nəşrin əlinə keçən sənədlərdə planın nəzəriyyədə uzunmüddətli həyatakeçmə dövrünə gətirib çıxaracağı göstərilir. Keçid dövrünü uzadılması qərarının illik əsasda qəbul ediləcəyi ehtimalı da var.

Xatırladaq ki, Böyük Britaniya Aİ-ni 2019-cu il martın 29-da tərk edəcək. Hələlik "Brexit"in şərtləri ilə bağlı razılaşma halında Aİ və Böyük Britaniya arasındakı əlaqələrin təşkil edilməsi planlaşdırılan keçid dövrü 21 ay - 2021-ci ilin əvvəlinə qədər müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi