Braziliyada sentyabrda 3-cü doza vaksinasiyaya başlanılacaq

Braziliyada sentyabrda 3-cü doza vaksinasiyaya başlanılacaq Braziliyada sentyabrın ikinci yarısında koronavirus əleyhinə üçüncü doza vaksinasiyaya başlanılacaq.
Digər ölkələr
25 Avqust , 2021 18:50
Braziliyada sentyabrda 3-cü doza vaksinasiyaya başlanılacaq

Braziliyada sentyabrın ikinci yarısında koronavirus əleyhinə üçüncü doza vaksinasiyaya başlanılacaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Sentyabrın ikinci yarısından başlayaraq, iki dozanın tətbiqi arasındakı vaxtın azaldılması üçün COVID-19 üçün peyvəndlərin gücləndirici dozalarının, eləcə də "Pfizer" və "AstraZeneca" dərmanlarının paylanmasına başlanılacaq", - Nazirliyin tvitter səhifəsində deyilir.

Əsasən azı altı ay əvvəl COVID-19 əleyhinə immunizasiya kursunu bitirmiş 70 yaşdan yuxarı insanların peyvənd edilməsi də planlaşdırılır.

Rəsmi statistikaya görə, ölkənin 55,7 milyona yaxın sakini koronavirusa qarşı tam peyvənd olunub, təxminən 124 milyon insan birinci dozada peyvənd olunub.

Braziliyada koronavirusa ilk yoluxma ötən il fevralın 26-da təsdiqlənib. Ölkə yoluxma sayına görə ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir (20,6 milyondan çox insan). Ölənlərin sayına görə isə (575 mindən çox) ABŞ-dan sonra ikinci yerdədir.

Son xəbərlər

Orphus sistemi