Braziliyada metroda baş verən atışmada ölənlərin sayı artıb

Braziliyada metroda baş verən atışmada ölənlərin sayı artıb Atışmada öldürülən 19 nəfəri kriminal keçmişi olub
Digər ölkələr
8 May , 2021 08:25
Braziliyada metroda baş verən atışmada ölənlərin sayı artıb

Braziliyanın Rio-de-Janeyro şəhərinin metrosunda baş verən atışma nəticəsində yaralanan daha üç nəfər həyatını itirib.

Bu barədə “Report” “G1” portalına istinadən xəbər verir.

Bununla da, hadisə zamanı həlak olanların sayı 28 nəfərə çatıb.

Qeyd edilir ki, silahlı toqquşma Rio-de-Janeyro mülki polisinin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı cümə axşamı erkən saatlardan başladığı əməliyyat zamanı baş verib.

Atışmada öldürülən 19 nəfəri kriminal keçmişi olub.

Daha əvvəl hadisə zamanı 25 nəfərin öldüyü bildirilirdi. Həlak olanlar arasında polis əməkdaşı da var.

Son xəbərlər

Orphus sistemi