Braziliyada koronavirus qurbanlarının sayı 23,5 minə çatır

Braziliyada koronavirus qurbanlarının sayı 23,5 minə çatır Braziliyada daha 11 687 nəfərin koronavirusa yoluxması təsdiqlənib.
Digər ölkələr
26 May , 2020 04:21
Braziliyada koronavirus qurbanlarının sayı 23,5 minə çatır

Braziliyada daha 11 687 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19-a yoluxma hallarının ümumi sayı 374 898-ə çatıb.

Bundan başqa, son gün ərzində 807 nəfər xəstəliyin qurbanı olub. Beləliklə ölkədə təhlükəli virusdan ölüm hallarının ümumi sayı 23 473-ə çatıb.

Braziliyada koronavirusa ən çox yoluxma San-Paulu şəhərində qeydə alınıb. Bu şəhərdə 83,6 min virus daşıyıcısı var. San-Paulunu 39 298 yoluxma ilə Rio-de-Janeyro izləyir. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi