"Report"-un Associated Press-ə istinadla verdiyi xəbərə görə, helikopter San Paulu şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində azyaşlı qız, onun valideynləri, uşağın dayəsi və pilot ölüb. Məlumata görə, helikopter yerə çırpıldıqdan dərhal sonra partlayıb və tamamilə yanıb.
Qəzanın səbəbləri araşdırılır.