Braziliyada bir gündə COVID-19-a 39 min yoluxma aşkarlandı

Braziliyada bir gündə COVID-19-a 39 min yoluxma aşkarlandı Braziliyada koronavirusa yoluxanların sayı son sutkada 39 min nəfər artıb.
Digər ölkələr
12 İyul , 2020 02:38
Braziliyada bir gündə COVID-19-a 39 min yoluxma aşkarlandı

Braziliyada koronavirusa yoluxanların sayı son sutkada 39 min nəfər artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 1 839 850-yə çatıb. Son 24 saat ərzində Braziliyada COVID-19-dan 1 071 insan ölüb. Beləliklə, ölkədə pandemiya ərzində 71 469 pasiyent ölüb.

Səhiyyə Nazirliyi bildirib ki, virusa yoluxmuş 1,1 milyondan çox pasiyent sağalıb.

Braziliya koronavirusa yoluxanların sayı üzrə dünyada ikinci yeri tutur. Ölkə həm də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi