Braziliyada bir gündə 1 312 nəfər infeksiyadan öldü

Braziliyada bir gündə 1 312 nəfər infeksiyadan öldü Braziliyada 48 584 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
8 İyul , 2020 05:45
Braziliyada bir gündə 1 312 nəfər infeksiyadan öldü

Braziliyada 48 584 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Qeyd olunub ki, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 312 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1 674 655 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 072 229 nəfər müalicə olunaraq sağalıb, 66 868 nəfər vəfat edib, 535 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Hazırda 8 318 pasiyentin vəziyyəti ağırdır.       

Son xəbərlər

Orphus sistemi