Braziliya prezidenti orduya ölkədə asayişi bərpa etmək əmri verib

Braziliya prezidenti orduya ölkədə asayişi bərpa etmək əmri verib Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllə tətbiq edib
Digər ölkələr
25 May , 2017 04:24
Braziliya prezidenti orduya ölkədə asayişi bərpa etmək əmri verib

Bakı. 25 may. REPORT.AZ/ Braziliya prezidenti Mişel Temer orduya ölkədə asayişi bərpa etmək əmri verib.

"Report" xəbər verir ki, bu barədə "Reuters"in məlumatında bildirilir.

Onminlərlə nümayişçi çərşənbə günü iki nazirliyin binasını yandıraraq prezidentin istefasını və onun iqtisadi proqramının dayandırılmasını tələb ediblər.

Polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Bir nümayişçi yaralanıb.

Son xəbərlər

Orphus sistemi