Braziliya prezidenti onda koronavirus əlamətlərinin olduğunu deyib

Braziliya prezidenti onda koronavirus əlamətlərinin olduğunu deyib Braziliya prezidenti Jair Bolsonaru “CNN Brasil”ə müsahibəsində onda koronavirus əlamətlərinin olduğunu bildirib.
Digər ölkələr
7 İyul , 2020 03:18
Braziliya prezidenti onda koronavirus əlamətlərinin olduğunu deyib

Braziliya prezidenti Jair Bolsonaru “CNN Brasil”ə müsahibəsində onda koronavirus əlamətlərinin olduğunu bildirib.

"Report" xəbər verir ki, dövlət başçısı bütün görüşlərini ləğv edib. Məlumata görə o, “Hidroksixloroxin” qəbul edir.

65 yaşlı Bolsonarunun sözlərinə görə, bədəninin hərarəti 38 dərəcəyə qədər yüksəlib, ciyərlərində oksigeninin səviyyəsi 96%-ə qədər azalıb. Bununla əlaqədar o, dərman qəbul edir

Xəstəliyin simptomlarına görə prezidentin bu həftəyə planlaşdırılan görüşləri keçirilməyəcək.

Qeyd edək ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la mübarizədə “Hidroksixloroxin” qəbulunun səmərəsiz olmasına görə preparatın sınaqlarını dayandırıb.

Onu da əlavə edək ki, koronavirus Braziliyada sürətlə yayılır. Cənubi Amerikanın bu ölkəsi COVID-19-a yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir. Son məlumatlara görə, ölkədə virusa 1 623 284 yoluxma qeydə alınıb. Ötən sutka daha 18 699 nəfərdə təhlükəli infeksiya aşkarlanıb.

Braziliyada son sutkada daha 587 nəfər virusdan ölüb. Bununla da pandemiya qurbanlarının sayı 65 487 nəfərə yüksəlib.    

Son xəbərlər

Orphus sistemi