Yuxarı
    Bağlamaq

    Braziliya prezidenti korrupsiya ittihamlarını rədd edib

    Mənə konkret faktlarla günahkar olduğumu sübut edin. Əks təqdirdə bu açıqlamalar şantajdan başqa bir şey deyil

    Bakı. 8 iyul. REPORT.AZ/ Braziliya prezidenti Dilma Ruseff bəyan edib ki, "Petrobras" dövlət enerji şirkətində baş verən korrupsiya faktlarından xəbərsiz olub.

    "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, "Petrobras" şirkətinin direktorlar şurasına yeddi il boyunca (2003-2010) rəhbərlik edən D.Ruseff, bu dövrdə şirkətdə baş verən qanunsuz əməliyyatlarla bağlı ittihamları rədd edib.

    Dövlət başçısının sözlərinə görə, onun istefası üçün heç bir səbəb yoxdur: "Mənə konkret faktlarla günahkar olduğumu sübut edin. Əks təqdirdə bu açıqlamalar şantajdan başqa bir şey deyil".

    Qeyd edək ki, "Petrobras" şirkətində korrupsiya ilə bağlı iş üzrə artıq 150 nəfər məsuliyyətə cəlb olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi