BQXK-ə yeni rəhbər seçilib

BQXK-ə yeni rəhbər seçilib Rokka bu vəzifədə Tadaru Konoeni əvəz edib
Digər ölkələr
6 Noyabr , 2017 21:58
BQXK-ə yeni rəhbər seçilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) və Qızıl Aypara cəmiyyətlərinə yeni rəhbər seçilib.

"Report"un məlimatına bununla bağlı BQXK-nin və Qızıl Ayparanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, həmin şəxs BQXK-nin İtaliya bölməsinin rəhbəri Françeska Rokkadır. O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qızıl Aypara cəmiyyətlərinin Baş Assambleyasının Türkiyənin Antalya şəhərində bu gün keçirilən iclasında bu vəzifəyə seçilib.

Rokka bu vəzifədə Tadaru Konoeni əvəz edib. Konoe isə 2009-cu ildən BQXK-yə rəhbərlik edib. 

Federasiyanın baş katibi 2014-cü ildən Elxac As Sidir. 

Son xəbərlər

Orphus sistemi