Yuxarı

BP Meksika Körfəzində baş verənlərə görə 18,7 mlrd. dollar təzminat ödəyəcək

Bu məbləğ  18 il ərzində ödənməlidir

Bakı. 3 iyul. REPORT.AZ/ Böyük Britaniyanın enerji şirkəti BP 2010-cu ildə Meksika körfəzində baş verən neft dağılmasına görə insanlara və biznes qurumlarına dəymiş ziyanla bağlı ABŞ hökuməti ilə yekun razılığa gəlib.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, BP səbəbkarı olduğu ekoloji fəlakətə görə 18 il ərzində təqribən 18.7 milyard dollar təzminat ödəyəcək. Bu təzminat bu günədək özəl şirkətlər tərəfindən ödənən ən böyük məbləğdir.

Öz növbəsində şirkətdən bildirilib ki, əldə olunan anlaşma ziyan çəkmiş Alabama, Florida, Luiziana, Missisipi və Texas ştatlarının rəsmilərinin məhkəmə iddialarını aradan götürür.

Xatırladaq ki, 2010-cu il aprelin 20-də Meksika körfəzində BP-nin idarəçiliyində olan Deepwater Horizon platformasında partlayış baş verdi. Bu zaman 11 nəfər həlak oldu, dənizə isə müxtəlif hesablamalara görə, 3.2-4.9 milyon barel neft dağıldı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi