Britaniyada martdan bu günə kimi sutka ərzində koronavirusdan ən az ölüm qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla bağlı qeyd edilir ki, ölkədə ölüm hallarının sayı 40,5 min nəfəri ötüb.
“286 194 nəfərin koronavirus testi müsbət çıxıb. Təəssüf ki, 40 542 nəfər vəfat edib.
Sutka ərzində koronavirusdan ölənlərin sayı daha 77 nəfər artıb. Bununla yanaşı, Şimali İrlandiya və Şotlandiyada virusdan ölüm qeydə alınmayıb. Virusa 1 326 yeni yoluxma aşkarlanıb”, - deyə xəbərdə bildirilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.