Böyük Britaniya "Brexit" üzrə ikinci referendum keçirmək niyyətində deyil

Böyük Britaniya "Brexit" üzrə ikinci referendum keçirmək niyyətində deyil Bakı. 16 iyul. REPORT.AZ/ Böyük Britaniyada Brexit üzrə ikinci referendum olmayacaq.
Digər ölkələr
16 İyul , 2018 15:55
Böyük Britaniya Brexit üzrə ikinci referendum keçirmək niyyətində deyil

Bakı. 16 iyul. REPORT.AZ/ Böyük Britaniyada "Brexit" üzrə ikinci referendum olmayacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş nazir Tereza Meyin rəsmi nümayəndəsi bildirib.

"Britaniya ictimaiyyəti Avropa İttifaqından ayrılmağa səs verib. Heç bir halda ikinci referendum olmayacaq", - rəsmi nümayəndə bildirib.

Qeyd edək ki, daha əvvəl T.Mey Böyük Britaniyanın Avropa İttifaqıdan (Aİ) çıxmasının hökumətə öz qanunlarını qəbul etməyə imkan verəcəyini söyləyib. Ölkənin Aİ-dən çıxışı Britaniyanın üzvlük haqqı kimi ödədiyi irimiqyaslı ianələrin dayandırılması ilə nəticələnəcək.

Son xəbərlər

Orphus sistemi