Yuxarı

Bostonda polislərə atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb - YENİLƏNİB

İki polis əməkdaşı yaralanıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-ın Boston şəhərində polislərə atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat veriblər.

Şübhəli şəxsin hansı şəraitdə öldürülməsiylə bağlı məlumat verilmir.

***09:25

ABŞ-ın Massaçusets ştatında, Boston şəhərində naməlum şəxs atəş açıb. Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə şəhər polis departamentindən məlumat veriblər.

Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşlarının şəhər küçələrindən birində silahlı şəxsin olması ilə əlaqədar çağırış üzrə olay yerinə çatdığı zaman baş verib.

Atışma həyata keçirən şəxs hələ ki, azadlıqdadır.

Son məlumatlara görə, polis onun ola biləcəyi mümkün ərazini mühasirəyə alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi