Borrell: “Belarusdakı miqrantlar evlərinə qayıtmalıdırlar”

Borrell: “Belarusdakı miqrantlar evlərinə qayıtmalıdırlar” “Belarusdakı miqrantlar humanitar yardım almalı, qaçqın statusu almaq üçün kriteriyalara cavab verməyənlər isə öz vətənlərinə qaytarılmalıdır”.
Digər ölkələr
16 Noyabr , 2021 01:16
Borrell: “Belarusdakı miqrantlar evlərinə qayıtmalıdırlar”

“Belarusdakı miqrantlar humanitar yardım almalı, qaçqın statusu almaq üçün kriteriyalara cavab verməyənlər isə öz vətənlərinə qaytarılmalıdır”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

“Biz İraq hakimiyyətinin artıq repatriasiya uçuşları təşkil etdiyini görürük və bunu alqışlayırıq. Aİ-yə giriş pulsuz deyil, bunun üçün bütün qanuni meyarlara əməl etməlisiniz, xüsusən də vizaya sahib olmalısınız, bütün digər yayılan məlumatlar yanlışdır”, deyə, o bildirib.

Qeyd edək ki, Belarusun Polşa, Latviya və Litva ilə sərhədindəki miqrasiya böhranı noyabrın 8-dən kəskinləşib.

Onların bəziləri tikanlı məftilli hasarları qıraraq Polşa ərazisinə daxil olmağa cəhd ediblər. İndi kortəbii düşərgədə 2 minə yaxın miqrant var. Aİ ölkələri Minski böhranı qəsdən gərginləşdirməkdə ittiham edir və sanksiyaların tətbiq etməklə hədələyib. Belarus prezidenti Aleksandr Lukaşenko isə deyib ki, bu vəziyyətin yaranmasında Qərb dövlətlərinin özləri günahkardır, onların hərəkətlərinə görə insanlar müharibədən qaçır.

Son xəbərlər

Orphus sistemi