FTX Boris Nemtsovun qətlində şübhəli bilinən şəxsləri saxlayıb

FTX Boris Nemtsovun qətlində şübhəli bilinən şəxsləri saxlayıb Aleksandr Bortnikov şübhəli şəxslərin Qafqaz sakinləri olduğunu açıqlayıb
Digər ölkələr
7 Mart , 2015 14:51
FTX Boris Nemtsovun qətlində şübhəli bilinən şəxsləri saxlayıb

Bakı. 7 mart. REPORT.AZ/ "Bu gün Boris Nemtsovun qətlində şübhəli bilinən 2 nəfər saxlanılıb". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib. 

"Görülən işlər nəticəsində bu gün həmin cinayətin törədilməsində şübhəli bilinən Qubaşev Anzor və Dadayev Zaur saxlanılıb. Bu barədə dövlət başçısı məlumatlandırılıb", - o qeyd edib. 

A.Bortnikov deyib ki, şübhəli şəxslər Qafqaz sakinləridir. 

FTX rəhbəri operativ və istintaq tədbirlərinin davam etdiyini vurğulayıb. 

A.Bortnikov xatırladıb ki, prezident Vladimir Putinin tapşırığı ilə Boris Nemtsovun qətlini tədqiq etmək üçün FTX, DİN və Rusiya İstintaq Komitəsinə birgə operativ-istintaq qrupunun yaradılması həvalə olunub. 

Son xəbərlər

Orphus sistemi