Boris Conson və Rəcəb Tayyib Ərdoğan Əfqanıstanı müzakirə ediblər

Boris Conson və Rəcəb Tayyib Ərdoğan Əfqanıstanı müzakirə ediblər Böyük Britaniyanın baş naziri Boris Consonla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Digər ölkələr
22 Avqust , 2021 19:43
Boris Conson və Rəcəb Tayyib Ərdoğan Əfqanıstanı müzakirə ediblər
Boris Conson və Rəcəb Tayyib Ərdoğan

Böyük Britaniyanın baş naziri Boris Consonla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Britaniya baş nazirinin dəftərxanası məlumat yayıb.

Məlumata görə, Britaniyanın hökumət başçısı Türkiyə lideri ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.

"Baş nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Əfqanıstandakı böhranı müzakirə etdi. Onlar vəziyyəti sabitləşdirmək, Əfqanıstan xalqına ölkədə və bölgədə dəstək vermək üçün beynəlxalq birliyin birlikdə çalışmasının əhəmiyyətini müzakirə etdilər", - xəbərdə deyilir.

İki ölkənin liderləri Əfqanıstanın istənilən yeni hökumətinin ölkə əhalisinin bütün nümayəndələrinin maraqlarını təmin etmələri, həmçinin qadınların və etnik azlıqların hüquqlarını müdafiə etmələri fikirlərini bölüşürlər.

"Onlar BMT-nin bu prosesdə mərkəzi əlaqələndirici rol oynadığını qeyd edərək, ölkələrin qaçqınlara yardım göstərilməsi və yerləşdirilməsi yükünün bölüşdürülməsi barədə razılığa gəliblər", - açıqlamada bildirilir.

Son xəbərlər

Orphus sistemi