Boris Conson: "Parlament nə qədər mane olmağa çalışsa da, “Brexit” baş tutacaq"

Boris Conson: "Parlament nə qədər mane olmağa çalışsa da, “Brexit” baş tutacaq" Böyük Britaniya parlamentinin “Brexit”i bir daha təxirə salmağa səylərinə baxmayaraq, ölkə Avropa İttifaqı üzvlüyündən 31 oktyabr tarixindən gec olmayaraq çıxacaq.
Digər ölkələr
9 Sentyabr , 2019 15:24
Boris Conson: Parlament nə qədər mane olmağa çalışsa da, “Brexit” baş tutacaq

Böyük Britaniya parlamentinin “Brexit”i bir daha təxirə salmağa səylərinə baxmayaraq, ölkə Avropa İttifaqı üzvlüyündən 31 oktyabr tarixindən gec olmayaraq çıxacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson Dublində irlandiyalı həmkarı Leo Varadkarla birgə mətbuat konfransı zamanı bildirib.

“Anladığıma görə, “Brexit”lə bağlı bu danışıq və müzakirələr Dublin də daxil olmaqla Avropa paytaxtlarında bir xeyli uzandı. Onlar bu məsələni bağlamaq istəyir, mən də bunu istəyirəm. Biz oktyabrın 31-dən Aİ-dən çıxırıq və bunun demokratik referendumun nəticələrinə söykənən müdrik qərar olduğunu parlament üzvlərinin də dərk edəcəklərinə şübhəm yoxdur. Parlamentdə nə baş verəcəyindən qətiyyən narahat deyiləm, çünki Britaniya xalqının Aİ ilə saziş bağlayıb 31 oktyabr tarixində bu birlikdən çıxmamızı istədiyi qənaətindəyəm”, - deyən hökumət başçısı sazişin 18 oktyabr tarixinədək baş tuta biləcəyinə inandığını da qeyd edib.

Böyük Britaniya ilə Aİ arasında razılaşmanın mümkün, lakin müşkül məsələ olduğunu qeyd edən İrlandiya baş naziri L.Varadkar da britaniyalı həmkarının hər cür təkliflərini dinləməyə hazır olduğunu bildirib. O həmçinin “Brexit” sonrası İrlandiya Respublikası ilə Olster arasında sərhəddə ciddi rejimin tətbiq olunmamasını nəzərdə tutan “backstop” variantında israr etdiklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi