Bolqarıstanın ictimai fəalı hökumətə Xocalı faciəsi ilə bağlı çağırış etdi

Bolqarıstanın ictimai fəalı hökumətə Xocalı faciəsi ilə bağlı çağırış etdi "Bolqarıstan-Azərbaycan Dostluğuna Yardım" İctimai Birliyinin sədri, "Akord" jurnalının baş redaktoru Mariya Pavlovna Atanasova-Hüseynova Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Bolqaristanın Prezident Administrasiyasina, Xarici İşlər Nazirliyinə,
Digər ölkələr
26 Fevral , 2021 02:07
Bolqarıstanın ictimai fəalı hökumətə Xocalı faciəsi ilə bağlı çağırış etdi

"Bolqarıstan-Azərbaycan Dostluğuna Yardım" İctimai Birliyinin sədri, "Akord" jurnalının baş redaktoru Mariya Pavlovna Atanasova-Hüseynova Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Bolqaristanın Prezident Administrasiyasina, Xarici İşlər Nazirliyinə, parlamentinə və media qurumlarna müraciət edib.

“Report”un məlumatına görə, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, erməni silahlı birləşmələri Xocalının dinc əhalisinə amansız divan tutaraq, azərbaycanlılara qarşı əsl soyqırımı aktı törədiblər. "Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsində biz inamla və ümidlə dünya dövlətlərinə və xalqlarına, beynəlxalq təşkilatlara, yalnız milli mənsubiyyəti səbəbindən dinc insanlara əl qaldıranların məsuliyyətə cəlb olunması və qınanılması çağırışı ilə müraciət edirik. İnsanlığa zidd cinayət cəzalandırılmalıdır!".

Birlik sədri nəzərə çatdırıb ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ədalətli mövqeyini getdikcə daha çox qəbul edirlər. O, bu anım günlərində bolqar ictimaiyyətini Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməyə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi